Tələbələr üçün IT-kurslar

Web developer və Sistem Administratorluğu təhsilini vermək üçün Azərbaycan Dövl ət Neft və Sənaye Universitetinin tələbələrini yığırıq. Tələb görən peşəyə bilet əldə etmək istərdinmi?

BAŞLAYIR – 14 FEVRALDA

NƏ ƏLDƏ EDƏCƏKSƏN?

Junior səviyyəsində IT peşə

Sənin üçün əlavə bir IT peşəsi. Proqramı bitirdikdən sonra kursun ixtisası üzrə işə düzəlməyin üçün kifayət edəcək hard və soft bacarıqların olacaqdır.

Universitetdəki profil fənlər üzrə məqbul qiymət

Kursun müvəffəqiyyətlə başa vurulması istehsalat təcrübəsinin keçirilməsi kimi yaxud ikinci semestr proqramının profil fənləri kimi qəbul ediləcəkdir.

19,1%

Azərbaycandakı vakansiyaların ümumi sayının 19,1%-ni IT təşkil edir, bu isə digər sahələrdən çoxdur

Az.trud.com saytının məlumatlarına əsasən

+26%

2021-ci ilin yanvar ayından etibarən IT sahəsində vakansiyaların sayı 26% artmışdır

Hh. Indeksinin məlumatlarına əsasən

600 AZN

Bir layihə üçün sistem administratoruna orta hesabla 600 AZN ödənir. Bununla yanaşı eyni zamanda 4 layihənin işini görmək olar

Habr.com-un araşdırmalarına əsasən

1200 AZN

Paytaxtda kvalifikasiyalı veb proqramçının orta aylıq maaşı 1200 AZN təşkil edir

Habr.com-un araşdırmalarına əsasən

TƏDRİS NECƏ KEÇƏCƏK?

İnkişaf Hard-skills

Mühazirələr, təcrübə, məsələ və keyslərin həlli. Hamısı ofline formatda Neft və Sənaye Universitetinin meydançasında. Öz real təcrübəsini bölüşəcək təcrübə müəllimi ilə çiyin-çiyinə.

Soft-skills və işədüzəlməyə hazırlıq

Treninqlər və master-klaslar, müsahibələrə hazırlıq. Çox qiymətli kommunikasiya təcrübəsi və IT sahəsinə uyğunlaşma.

Dəstək və motivasiya

Sən hər gün sənin kimi yeni peşəyə can atan insanlarla birgə mühitdə təhsil alacaqsan. Burada qalib və məğlub yoxdur, daha çox bilmək və bacarmaq arzusu vardır.

SİSTEM ADMİNİSTRATORU

Kurs seçin

  • Proqram və aparat təminatının quraşdırılması, yığılması və xidməti üzrə bütün baza məsələlərinin həlli üçün biliklər əldə edəcəksən.
  • Həftədə 5-6 gün, hər gün 3 saat olmaqla məşğələlər
  • Fərdi müştərilərin və kiçik biznesin məsələləri ilə işləməyi öyrənəcəksən
  • Sən junior-sistem administratoru kimi işləyə biləcəksən

Web developer

  • Aşağıdakı texnologiyaların stekini praktiki olaraq mənimsəyəcəksən: HTML, CSS, JavaScript, React, NodeJS, MySQL, Git.
  • Həftədə 5 gün, hər gün 4 saat olmaqla məşğələlər.
  • Portfolioda 5 şəxsi layihə.
  • Sən junior-frontend dizayner kimi işləyə biləcəksən.

İŞTİRAK ÜÇÜN ŞƏRTLƏR

Əgər sən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsisənsə, təhsil almaq üçün ərizə ilə müraciət edə bilərsən. 3 vəya 4-cü kurslarda oxuyursan.

təhsil almaq üçün müraciət et

Müraciətləriniz yoxlanılacaq, əgər uyğun olarsa bu zaman Sizi müsahibəyə dəvət edəcəyik. Müsahibədən uğurla keçən 300 tələbə kursa vəsiqə qazana biləcək.